Ukrayna iqtisadiyyatı çökür

Ukrayna iqtisadiyyatı çökür
  28 Mart 2014    Oxunub:1627
Ukrayna parlamenti ölkənin iqtisadi böhrandan xilas edilməsi üçün nəzərdə tutulan qanun layihəsini əvvəlcə rədd edib.
Ali Radanın müzakirəsinə çıxarılan sənəd böyük etirazla qarşılanıb. Deputatlardan 189-u qərarın leyhinə səs versə də, bu, qanun layihəsinin qəbulu üçün kifayət etməyib. Sənəd uzun müzakirələrdən sonra müəyyən dəyişikliklərlə yenidən səsverməyə çıxarılıb və yalnız bundan sonra qəbul edilib.

Qanunda qeyd olunur ki, ağır vəziyyətdə olan Ukrayna iqtisadiyyatının xilası üçün vergilər 20 faizə qədər artırılmalı, sosial sahələrdə əlavə xərclər ləğv edilməlidir. Ölkəyə idxal olunan mallara qoyulan gömrük vergisinin də artırılması nəzərdə tutulur. Bu arada "sağ sektor" adlanan millətçi hərəkatın nümayəndələri parlamentin binasına hücum edib.

Millətçilərin lideri Aleksandr Muziçkonun polis əməliyyatı zamanı qətlə yetirilməsinə etiraz edən 2 minə qədər gənc Daxili İşlər naziri Arsen Avakovun istefa verməsini və hətta tribunal qarşısına çıxarılmasını tələb edib. Vəziyyətin gərgin olduğunu görən deputatlar gizlənməyə çalışıb.

Binanın daxilindəki təhlükəsizlik əməkdaşları isə müxtəlif yollarla radikalların parlamentin binasına girişinin qarşısını alıb. Səhər saatlarında aksiyaçıların bir qismi ərazini tərk etsə də, böyük əksəriyyət hələ də parlament binasının qarşısında gözləməkdədir.

AzVision.az


Teqlər:  





Xəbər lenti