“Artıq Avropa İttifaqına ümid bəslənilmir” - Serbiyanın sabiq prezidenti

   “Artıq Avropa İttifaqına ümid bəslənilmir”  -    Serbiyanın sabiq prezidenti
  06 Noyabr 2021    Oxunub:1102
“Xəzər dənizinin dibinin bölünməsi məsələsi Avropa İttifaqı üçün maraqlı olmalıdır”.
AzVision.az xəbər verir ki, bunu Serbiyanın sabiq prezidenti Boris Tadic VIII Qlobal Bakı Forumunun “Qərbi Balkanların dəyərləndirilməsi: irəliyə gedən yol" panel müzakirələrində çıxışı zamanı deyib. O, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edildi, bu, regionda vəziyyəti dəyişdi".

Serbiyanın sabiq rəsmisi deyib ki, Avropa İttifaqı ölkələri iqtisadi böhrandan cixa bilmirlər: “Aİ ölkələri iqtisadi miqrasiya böhranına məruz qalıb. Bu, Avropa İttifaqında çətin siyasi vəziyyətə səbəb olub. 5 milyon miqrant Avropa İttifaqının bir faizini təşkil edir”.

O deyib ki, Avropa İttifaqı Qərbi Balkanlara doğru genişlənməyəcək: “Avropa İttifaqı strateji problemlərlə üzləşib. Artıq Avropa İttifaqına ümid bəslənilmir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Avropa   Azərbaycan  





Xəbər lenti