Ukrayna malları bahalaşa bilər
Mütəxəssislər bu bahalaşmanın Azərbaycanda da hiss ediləcəyinə diqqət çəkirlər.
Azərbaycan Ukraynadan əsasən qida məhsulları idxal edir. Ukrayna Azərbaycanın ən çox mal idxal etdiyi 5-ci ölkədir. Belə ki, 2013-cü ildə Ukraynadan Azərbaycana 589 milyon manatlıq mal gətirilib ki, bu da ümumi idxalın 5,5%-nə bərabərdir.
Azərbaycan Ukraynadan daha çox, buğda unu, qənnadı məmulatları, şokalad, süd və süd məhsulları, diri iribuynuzlu heyvan və onun ətini və s. qida məhsulları idxal edir.
2013-cü ildə Ukraynadan Azərbaycana 23,5 milyon manatlıq buğda unu, 13,8 milyon manatlıq duz, 8,9 milyon manatlıq qənnadı məmulatları, 8,7 milyon manatlıq bitki yağı, 7,2 milyon manatlıq şokolad məmulatları, 9 milyon manatlıq çörək-bulka və unlu qənnadı məmulatlar, 5,7 milyon manatlıq süd və süd məhsulları və s. idxal olunub.
AzVision.az