Rusiya viza rejimini sadələşdirir

Rusiya viza rejimini sadələşdirir
  28 Mart 2014    Oxunub:1047
Rusiya hökuməti viza rejiminin sadələşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə çıxarıb.
Hökumət Rusiyaya gələn turistlərin viza alması üçün lazım olan sənədlərin sayını azaltmağı, onların müddətini 30 gündən 6 aya qədər uzatmağı təklif edir. Qanun layihəsi mədəni, elmi-texniki, ictimai-siyasi və idman əlaqələrinin inkişafı üçün Rusiyaya gələn turistlər üçün də viza rejiminin sadələşdirilməsini nəzərdə tutur. Heç bir dövlətin vətəndaşına istisna tətbiq olunmur.

AzVision.az


Teqlər:





Xəbər lenti