"Gələcək təhdidlər bizi mənəviyyatımızdan uzaqlaşdıracaq" - Ruminiyanın keçmiş baş naziri

   "Gələcək təhdidlər bizi  mənəviyyatımızdan uzaqlaşdıracaq" -    Ruminiyanın keçmiş baş naziri
  04 Noyabr 2021    Oxunub:669
Əsrin ortasına qədər dünya öz enerji sistemini yenidən qurmalıdır. Tədricən təbii yanacaqdan kənarlaşmaq lazımdır.
AzVision.az xəbər verir ki, bunu Ruminiyanın keçmiş Baş naziri Petre Roman VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib. O bildirib ki, yeni enerji mənbələrinə keçidi təmin etməliyik:

"Günəş enerjisinə keçidi gücləndirməliyik. Bu proses nüvə enerjisindən ötüşə bilməz. Biz bu məsələnin təcili olmasını dərk etməliyik. Bu gün enerji sisteminin yenilənməsi gündəmdədir. Eyni zamanda bu məsələyə ehtiyatla yanaşmalıyıq. Qarşımıza təhdidlər çıxa bilər. Bəşəriyyətin gələcək təhdidləri bizi mənəviyyatımızdan uzaqlaşdıracaq".

P.Roman qeyd edib ki, yeni qlobal iqtisadiyyat konkret, təcili emal olunmamış məlumatlara söykənə bilər: "Qiymətlər bazar hədəflərinə uyğun gəlmirsə qarşımızda olan hədəflərə nail olmağımızı nə qədər ləngidə bilər? Nüvə enerjisi çox mühümdür. Nüvə enerjisinin 1 faizdən aşağı mənfi təsirləri sübut olunub"

Aytən Zəhra
AzVision.az


Teqlər: Enerji  





Xəbər lenti