Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəklədi
  28 Mart 2014    Oxunub:1344
AzVision.az xəbər verir ki, BMT-nin Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.

İTAR-TASS-ın yaydığı məlumata görə, qətnamə dünya ölkələrini Krımın Rusiyaya birləşdirilməsini tanımamağa çağırır.

BMT-nin 100 üzv ölkəsi Krımdakı referenduma qarşı olan qətnamənin lehinə səs verib. Azərbaycan da onların arasında olub.

11 ölkə əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb.

Krımın Rusiyaya birləşməsini dəstəkləyənlərin arasında Ermənistan, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Sudan, Suriya, Venesuela, Zimbabve kimi ölkələr olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti