Türkiyədə "YouTube" da bağladılar
"Hürriyyət" qəzetinin yaydığı məlumata görə, Türkiyə Rabitə və Telekommunikasiya İdarəsi yerli internet seqmentində YouTube-a birbaşa girişin bağlandığını açıqlayıb.
İdarə YouTube-da Türkiyə güc strukturlarının yüksək rütbəli nümayəndələrinin görüşünün əks olunduğu videoyazı yerləşdirildikdən sonra belə qərar qəbul edib. Məlumata əsasən, görüş zamanı Suriyaya hərbi müdaxilə ehtimalı müzakirə edilib.
AzVision.az
Teqlər: