Obama amerikalı əsgərlərin abidəsini ziyarət etdi

Obama amerikalı əsgərlərin abidəsini ziyarət etdi
  28 Mart 2014    Oxunub:1000
Brusseldə rəsmi səfərdə olan ABŞ prezidenti Barak Obama birinci dünya müharibəsində həlak olan amerikalı əsgərlərin xatirəsini anıb.
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, Obama Belçika kralı Flip Leopold Ludovik Mariya və baş naziri Elio Di Rupo ilə birgə Varaqem şəhərində olub və birinci dünya müharibəsində həlak olmuş amerikalı əsgərlərin qəbrini ziyarət edib. Həmin qəbirstanlıqda Belçikanı Almaniyanın əsarəti altından xilas edən 368 amerikalı əsgər dəfn olunub. Obama həlak olanların abidəsi önünə əklil qoyub. Abidəni ziyarət edəndən sonra Obama jurnalistlərə bildirib ki, birinci dünya müharibəsinin dərsləri hələ də aktualdır. Ona görə də Suriyada kimyəvi silahların məhvi bu qədər vacibdir.
ABŞ prezidenti Belçikadan sonra İtaliyaya səfər edəcək. Səfər çərçivəsində Ağ Ev başçısının Roma papası Fransisklə görüşü gözlənilir.


Teqlər:  





Xəbər lenti