Atillanın məzarı tapıldı - FOTO
Macarıstanın paytaxtı Budapeştdə Tuna çayı üzərində yeni bir körpünün təməli qoyularkən V əsrə aid qəbir tapıblar.
Analizlərdən sonra onun hun liderlərindən birinə, xüsusən Atillaya məxsus olduğu bildiriliB. Qəbri incələyən arxeloji komandanın üzvlərindən olan Budapeşt Universitetinin tarixçilərindən Albrecht Rümschtein bunu inanılmaz tapıntı adlandırıb. Qəbrin yanında meteorit mənşəli qılınc tapıldığından qəbir sahibinin də hun xaqanlarından Atilla olması üzərində daha çox dayanılır. Həmçinin qəbrin ətrafında müxtəlif növ silah və başqa alətlər tapılıb.
Roma tarixçilərinin”Tanrının qəzəbi” dedikləri Atillanın orta asiya mənşəli türk qəbilələrdən birinə məxsus olması deyilir. Macarların çoxu Atillanı ölkənin qurucusu hesab edir.
Qəbrin tapılması əsrlərdir Atillanın və hunların mənşəyi haqqında davam edən müzakirələrə son verə bilər. Yalnız analizlərdən sonra onun hansı xalqa məxsus olması və hunların mənşəyinə tam olaraq aydınlıq gələcək.
Emin