Yasenyuk: “Ukrayna iflas ərəfəsindədir”

Yasenyuk: “Ukrayna iflas ərəfəsindədir”
  27 Mart 2014    Oxunub:905
Ukrayna baş naziri Rada tribunasında çıxışı zamanı belə deyib.
AzVision.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, baş nazir səlahiyyətlərini icra edən Arseni Yasenyuk deputatlar qarşısında ölkənin iqtisadi və maliyyə işlərinin böhran həddinə çatması barədə məlumat verib.

“Ukrayna iqtisadi və maliyyə böhranı ərəfəsindədir. Büdcə kəsiri 289 milyard qrivna (28 milyard dollar) təşkil edir”.
Onun sözlərinə görə, illik inflyasiya 2014-cü ildə 12-14% proqnozlaşdırılır.Ümum Daxili Məhsul isə 3%-lik düşüş yaşayacaq.

“Əgər biz stabilləşdirmə paketi qəbul etməsək ölkəni defolt gözləyir- ÜDM 10 % azalacaq”-deyə Yasenyuk Rada da çıxışı zamanı vurğulayıb.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti