Obamanın reytinqi ən aşağı səviyyə enib
Amerikanın “Assoşieyted Press” agentliyinin sifarişi ilə “GfK” şirkəti tərəfindən keçirilən sorğuda 59% amerikalı Obamanın siyasətindən narazı olduğunu dilə gətirib. Xüsusən, Ağ Evin xarici siyasəti sadə amerikalıların etirazına səbəb olub. Rəyi soruşulanların yalnız 39%-i prezidentin siyasi kursundan razı qaldıqlarını söyləyib.
Ukraynadakı böhran konteksində ABŞ və Rusiya arasında münasibətlərin pisləşməsinə münasibət bildirən respondentlərin 54%-i Obamanın bu istiqamətdəki fəaliyyətindən razı olmadıqlarını bildiriblər.
Ümumilikdə, sorğuda mindən artıq insan iştirak edib.
Vüqar İsmayılov
Teqlər: