Sisi vəzifəsindən istefa etdi

Sisi vəzifəsindən istefa etdi
  27 Mart 2014    Oxunub:1103
Feldmarşal Əbdül Fəttah Sisi prezident seçkilərində iştirak etmək üçün Misir Silahlı Qüvvələrinin komandanı vəzifəsindən könüllü ayrılıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Sisi dövlət televiziyası ilə çıxışı zamanı bildirib.

O, bildirib ki, xalqın qarşısında sonuncu dəfə hərbi forma ilə çıxış edir. Terrorçuların Misirin təhlükəsizlyini hədələdiyin bildirən keçmiş komandan ölkəni daha müstəqil və qorxudan azad yerə çevirəcəyinə söz verib. Prezident seçkilərinin keçirilmə tarixinə gəlincə, müvəqqəti hökumətin rəhbəri Ədli Mənsur prezident seçkilərinin dəqiq tarixinin müəyyənləşmədiyini bildirib. Lakin onun sözlərinə görə, seçkilər iyulun 17-dən tez keçirilməyəcək.

Xatırladaq ki, 2012-ci ilin avqustunda o zamankı prezident Məhəmməd Mursi tərəfindən ölkənin Müdafiə naziri Əbdül Fəttah Sisi kütləvi etirazlar səbəbində prezidentdən istefa tələb edir. Lakin Mursinin rədd cavabından sonra “Müsəlman Qardaşları”nın iqtidarını devirib və ölkə konstitusiyasının fəaliyyətini dayandırıb.

Ekspertlərin fikrincə, Sisinin seçkilərdə qalib gəlmək şansları çox yüksəkdir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti