Rada yeni radikal qanunu müzakirə edir

Rada yeni radikal qanunu müzakirə edir
  27 Mart 2014    Oxunub:1165
Millətçi “Azadlıq” partiyasının “Lüstrasiya haqqında” təqdim etdiyi yeni qanun keçmiş Ukrayna hakimiyyətinin bütün rəhbərliyini dövlət qulluğundan kənarlaşdırmağı təqdim edir.
AzVision.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, “Ukraynada lüstrasiyasının keçirilməsi haqqında” yeni qanun layihəsi Ali Radaya təqdim olunub.

Millətçi “Azadlıq” partiyasının təklif etdiyi qanunun əsas məqsədi antikommunist lüstrasiyası, xarici xüsusi xidmət orqanlarına qarşı lüstrasiya, antikorrupsiya lüstrasiyası və demokratiyanın məhvinə yönəlmiş şəxslərə qarşı lüstrasiyanı nəzərədə tutur.

Ukrayna nazirlər kabineti yanında Lüstrasiya komitəsinin sədri Yeqor Sobolevin sözlərinə görə, ilk növbədə keçmiş Ukrayna iqtidarı və Meydan hərəkatının iştirakçılarına qarşı məhkəmə qərarları çıxardan hakimlər lüstrasiyaya (dövlət vəzifələri tutmaqdan məhrum edilmək) uğrayacaq.

Qanunun yaxın zamanlarda müzakirəyə çıxarılacağı gözlənilir.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti