"Araz İqtisadi Zonası"nın yaradılması istiqamətində ciddi işlər həyata keçirilir

   "Araz İqtisadi Zonası"nın yaradılması istiqamətində ciddi işlər həyata keçirilir
  27 Oktyabr 2021    Oxunub:1088
"Araz İqtisadi Zonası"ında fəaliyyətlə bağlı Türkiyədən müraciətlər daxil olur.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib. Onun sözlərinə görə, "Araz İqtisadi Zonası"nın yaradılması istiqamətində çox ciddi işlər həyata keçirilir:" Biz beynəlxalq əməkdaşlığa hazırıq".

Nazir müavini bildirib ki, Cəbrayılda ilk rezident qeydiyyata alınıb:" “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməli qoyulub. Texniki servis mərkəzinin də təməli qoyulub, yaxın zamanlarda fəaliyyətə başlayacaq".

Aytən Zəhra
AzVision.az



Teqlər: Araz  





Xəbər lenti