Azərbaycanın sənayeləşmə strategiyasının əsas istiqamətləri açıqlanıb

Azərbaycanın sənayeləşmə strategiyasının əsas istiqamətləri açıqlanıb
  27 Oktyabr 2021    Oxunub:1427
"Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət münasibətlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq".
AzVision.az xəbər verir ki, bunu Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində deyib. Onun sözlərinə görə, bu gün sənaye müəssisələrinin ixtisaslaşmış klasterlərdə yerləşməsi Azərbaycanın 2030-cu ilə qədər sənayeləşmə strategiyasının əsas istiqamətlərindən biridir.

M.Musayev qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun sənaye potensialının canlanması həm qeyri-neft sektoruna yeni böyük investisiyalar cəlb etmək, həm də ölkə daxilində səmərəli istehsal zənciri yaratmaq üçün güclü bir stimul olacaqdır:

"İqtisadiyyatın bütün komponentlərinin Ümumi Daxili Məhsulun formalaşmasında paritet paya sahib olması bu fəaliyyətlər nəticəsində reallığa çevriləcək".

M.Musayev əlavə edib ki, Yaponiyanın “TET İnternational Development” şirkəti ilə aparılan belə görüşlər nəticəsində ölkəmizin aqrar sektoruna 10 milyon dollar həcmində investisiya yatırılıb, daha 40 milyon dollar investisiyanın yatırımı gözlənilir.

Aytən Zəhra
AzVision.az



Teqlər: Sənaye  





Xəbər lenti