Lukaşenko: “Yanukoviç prezident deyil”

Lukaşenko: “Yanukoviç prezident deyil”
  27 Mart 2014    Oxunub:1679
Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın birinci milli kanalında yayımlanan “Şuster Live” verilişində Viktor Yanukoviçi tənqid edib.

AzVision.az APA- ya istinadən xəbər verir ki, bu barədə BelTA agentliyi xəbər yayıb.

“O ki qaldı Yanukoviçə, mənim qənaətimə görə, o prezident deyil! Onun son çıxışı bunu təsdiqləyir. Deyir ki mən Ali baş komandanam, bəs sənin ordun hanı? Prezident xalqının yanında olmalıdır. Mən onun hərəkətlərini bir dost kimi pisləyirəm. Necə istəyirsiniz elə də başa düşün”, - deyə Lukaşenko bildirib.

Belarus prezidentinin müsahibəsi Ukraynanın birinci milli kanalında martın 28-də nümayiş olunacaq.


Teqlər:  





Xəbər lenti