"Yüksəliş"in qalibləri nazirlərin yanında təcrübə keçəcək

   "Yüksəliş"in qalibləri nazirlərin yanında təcrübə keçəcək
  22 Oktyabr 2021    Oxunub:1527
"Yüksəliş" müsabiqəsinin qaliblərinin hansı nazirlərin yanında təcrübə keçəcəyi müəyyənləşib.

AzVision.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi səhifəsində məlumat verilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qalibi Ziya Mürsəlzadənin mentoru olacaq. Qalib nazirlə 1 il müddətində mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.

Bundan əlavə, müsabiqənin digər iki qalibi Kamil Alıyev və Orxan Quliyev rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, Güldanə Hidayətli energetika naziri Pərviz Şahbazovun, Vüqar Mirzəzadə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, Ruslan Mirzəliyev isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin yanında 1 illik təcrübə keçəcək.











AzVision.az


Teqlər: Yüksəliş  





Xəbər lenti