Rus politoloq: “Rusiya “Qarabağı” o vaxt tanıyacaq ki...”
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Sergey Markedonov çıxış edib.
O, Rusiyanın Krıma daxil olmasından sonra hədəfdə Qafqazı göstərməyin mənasız olduğunu deyib. “Moskva Qara dənizdəki hərbi donanması üçün təhlükə olduğunu hiss edəndə indi bizim şahidi olduğumuz qərarı qəbul etdi. Azərbaycanla münasibətlər pisləşməyənə qədər inanmıram ki, rəsmi Moskva Dağlıq Qarabağın müstəqilliyini tanıya. İstənilən halda Rusiyanın Ermənistanın Qarabağı tanımayacağına qədər bu addımı atmayacağı dəqiqdir. Əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımırsa, niyə bunu Rusiya etməlidir?”
Qeyd edək ki, Rusiyanın Krıma müdaxiləsindən sonra bəzi politoloqlar növbəti hədəfin Qafqaz olması ilə bağlı proqnozlar verirlər.