Bu il Dövlət Neft Fondu büdcəyə proqnozdan 20% az vəsait transfert edib

Bu il Dövlət Neft Fondu büdcəyə proqnozdan 20% az vəsait transfert edib
  21 Oktyabr 2021    Oxunub:1001
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 18 947,9 mln. manat təşkil etməklə, 17 711,9 mln. manat xərclərindən 1 236 mln. manat artıq olub.
AzVision.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən 7 309,7 mln. manat və ya proqnoza nisbətdə 1 840,3 mln. manat (20,1%) az vəsait daxil olub.

Qeyd edək ki, Neft Fondunun transfertlərinin büdcəyə azaldılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin doqquz ayı ərzində mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına baş verib.

AzVision.az


Teqlər: Büdcə  





Xəbər lenti