Norveç Rusiya ilə hərbi əməkdaşlığı dayandırıb

Norveç Rusiya ilə hərbi əməkdaşlığı dayandırıb
  26 Mart 2014    Oxunub:1149
Azvision.az-ın xarici mətbuata istinadən Norveç hökuməti 2014-cü ilin mayın sonunadək Rusiya ilə hərbi əməkdaşlığın dayandırılmasına dair qərar verib. Bu barədə Norveç Müdafiə Nazirliyinin mətbuat mərkəzində bildirilib.

“Norveç Ukraynanın Krım Muxtar Respublikasının Rusiya tərəfindən işğal olunmasını və Ukraynada silahlı qüvvələrdən istifadə edilməsini pisləyir. Bu beynəlxalq hüququn açıq pozulması və fəsadlarla yekunlaşacaq yolverilməz bir addımdır”, deyə ölkənin müdafiə naziri İne Mari Eriksen Söreyde bildirib.

Norveç, həmçinin, Rusiyaya dair sonrakı addımlarını NATO üzrə müttəfiqləri ilə müzakirə etmək niyyətində olduğunu bildirib.
Norveç “Şimal Qartalı” hərbi təlimlərdə iştirakdan imtina edib. Həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bu ilin aprelinə Norveçə planlaşdırılmış səfəri təxirə salınıb.


Teqlər:





Xəbər lenti