Türkiyədə 2 azərbaycanlı həbs olunub
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şübhəlilər Ulukışda məhkəməyə çıxıb, onlardan biri həbs olunub.
Şübhəlilərdən ikisinin əslən azərbaycanlı olduğu iddia edilir.
Onlar İstanbulda saxlanılıb və sonradan Niğde şəhərinə gətirilib. Məhkəmə qərarı ilə əslən azərbaycanlı olan 1 şübhəli həbs olunub. Digər ikisi- bir türk vətəndaşı və bir azərbaycanlı azadlığa buraxılıb.
Qeyd edək ki, martın 20-də Türkiyənin Niğde şəhərinin Ulukışla qəsəbəsində hərbi posta hücum edilib. Hadisə nəticəsində bir hərbçi, bir polis nəfəri və bir yük maşını sürücüsü olan mülki şəxs öldürülüb.
Fatimə Kərimli