Moldova MDB-dən çıxmağa hazırlaşır

Moldova MDB-dən çıxmağa hazırlaşır
  26 Mart 2014    Oxunub:884
Azvision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, Moldovanın müxalif Liberal Partiyası tərəfindən irəli sürülən və ölkənin MDB-dən çıxmasını nəzərdə tutan qanun layihəsi parlamentdə qeydə alınıb.

Bu barədə danışan sənəd müəllifi, partiya sədri Mixay Qimpu bildirib: “MDB-nin bir üzvünün təşkilatın təməl prinsiplərini pozmasından və başqa bir üzv ölkənin ərazisini qəsb eləməsindən sonra Moldova bu qurumu tərk eləməlidir”.

Az öncə rəsmi Kişinyov Avropa Birliyi ilə assosiativ saziş imzalayandan sonra Moldovanın MDB-dən çıxa biləcəyini bəyan eləmişdi.



Teqlər:





Xəbər lenti