Venesuelada etiraz aksiyaları davam edir

Venesuelada etiraz aksiyaları davam edir
  25 Mart 2014    Oxunub:960
Venesuelada hakimiyyət əleyhinə keçirilən etiraz aksiyaları davam edir. Son iki ay ərzində ölkənin müxtəlif bölgələrində 36 nəfər iğtişaşların qurbanı olub. Dünən 28 yaşlı hamilə qadın ölkənin paytaxtı–Karakasın yaxınlığında, etirazçılar tərəfindən qurulmuş barrikadanın önündə, avtobusdan düşərkən güllə yarası alaraq yerindəcə keçinib. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Merida ştatında isə Milli qvardiyanın çavuşu ölümcül xəsarət alıb.

Qeyd edək ki, ölkə prezidenti Nikolas Maduro müxalifəti ABŞ dəstəyi ilə dövlət çevrilişinə cəhddə ittiham edir. Müxalifət, öz növbəsində, hökuməti yüksək inflyasiya, gündəlik tələbat mallarının qıtlığı və ölkədə tüğyan edən cinayətkarlığa görə günahlandırır.


Teqlər:





Xəbər lenti