BMT-dən Qərb dövlətlərinə xəbərdarlıq

BMT-dən Qərb dövlətlərinə xəbərdarlıq
  25 Mart 2014    Oxunub:1060
Azvision.az xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun qərb dövlətlərini passivlikdə və Ukraynanı müdafiə etməkdən imtinada günahlandırıb.

Haaqadakı atom təhlükəsizliyi sammitindən çıxışında, Pan Gi Mun Ukraynadakı krizisin nəticələri barəsində xəbərdarlıq edib.

Onun sözlərinə görə, Ukrayna 1994-cü ildə Budapeştdə Böyük Britaniya, ABŞ və Rusiya ilə bağladığı memorandum ilə ona sovet dövründən qalan atom arsenalında imtina edib. Memorandum ona suverenliyin müdafiəsi və Ukraynanın bütövlüyünü təmin etməli idi. Ukrayna bunların əvəzində atom silahından imtina edib.

Rusiya isə Rusiyaya meylli prezidentin qaçmasından sonra Krımı işğal etdi. Pan Gi Mun bunları nəzərdə tutaraq, ölkələrin nüvə silahı istehsal etməsindən həvəssiz olaraq imtina edəcəyi haqqında narahatlığını bildirib. O, təhlükəsizliyin təminatı Ukraynanın nüvə silahını yaymaması haqqında Müqaviləyə qoşulması üçün vacib şərt olduğunu qeyd edib.



Teqlər:





Xəbər lenti