Haaqada Rusiya və Ukrayna XİN-i rəhbərlərinin görüşü olub

Haaqada Rusiya və Ukrayna XİN-i rəhbərlərinin görüşü olub
  25 Mart 2014    Oxunub:997
Bu gün Haaqada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukrayna xarici işlər naziri səlahiyyətlərini icra edən Andrey Deşşitsa arasında görüş olub.

Azvision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Lavrov Ukraynanın bütün regionları əhatə edəcək irimiqyaslı konstitusion islahatlara ehtiyacı olduğunu bəyan edib.

Həmçinin, rusiyalı nazir bildirib ki, onun ölkəsini heç kim “Böyük səkkizlikdən” xaric edə bilməz. “G-8 qeyri-formal bir klubdur, üzvlük haqqında sənəd orada heç kim üçün yazılmır. Ona görə də “Böyük səkkizlikdən” kimisə qovmaq mahiyyətcə mümkün deyil”, - deyə Lavrov bildirib.


Teqlər:





Xəbər lenti