İsmayıl Şıxlının yubileyi keçiriləcək

İsmayıl Şıxlının yubileyi keçiriləcək
  24 Mart 2014    Oxunub:1238
Xalq Yazıçısı İsmayıl Şıxlının yubileyi “Sənətkar və zaman” adlı tədbirlə qeyd ediləcək.
Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq Yazıçısı İsmayıl Şıxlının 95 illik yubileyinə həsr olunmuş “Sənətkar və zaman” adlı tədbir keçiriləcək.

AzVision.az xəbər verir ki, idarədən AzərTAc-a bildiriblər ki, tədbirdə Milli Məclisin deputatı, yazıçı-publisist, tərcüməçi Elmira Axundova, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” (“Zerkalo”) qəzetinin baş redaktoru Elçin Şıxlı, professor Əzizxan Tanrıverdi, “Dəli Kür” filmində Şamxal rolunun ifaçısı, Əməkdar İncəsənət Xadimi Fikrət Əliyev, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və digər tanınmış elm və sənət adamları iştirak edəcək.

Tədbirdə görkəmli yazıçının həyat və yaradıcılığı haqqında, həmçinin onun ssenarisi əsasında çəkilmiş filmlər barədə söhbət açilacaq.


Teqlər:





Xəbər lenti