Serj Sarkisyan həmsədrlərlə görüşüb
Ermənistan prezidenti Serj Sarkisyan Niderlandda ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) görüşüb. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Onlar Qarabağ münaqişəsinin nizamlanma prosesinin hazırkı vəziyyətini və atılacaq addımları müzakirə ediblər.
Qeyd edək ki, ötən gün S.Sarkisyan Niderlandın baş naziri Mark Rute ilə də görüşüb. Görüşdə bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi də müzakirə predmeti olub.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bir necə gün öncə Twitter səhifəsində Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin Haaqada görüşünün baş tutacağını demişdi.
Teqlər: