Napoleonun şəxsi əşyaları satışa çıxarılıb

Napoleonun şəxsi əşyaları satışa çıxarılıb
  24 Mart 2014    Oxunub:1027
Azvision.az xarici mətbuata istinadən xəbər veriri ki, bu gün Parisdəki Osenat hərrac evində böyük imperator Napoleon Bonapartın şəxsi əşyaları satışa çıxarılacaq.
Satışa imperatorun ölüm günü geyindiyi köynək, ayaqqabı, şalvar, o cümlədən əlyazmaları və digər şəxsi əşyaları çıxarılıb. Geyimləri illər boyu Napoleonun köməkçisi Aşill Arşambo saxlayıb və yuyulmasına imkan verməyib. Arşambonun ölümündən sonra isə imperatorun geyimlərini onun ailəsi qoruyub.

Mütəxəssislər sərkərdənin batist köynəyini 30-40 min, manjetləri isə 8-10 min avro dəyərində qiymətləndirirlər. Bundan başqa, hərracda 2 dəsmal, fil sümüyündən hazırlanmış bıçaq və əsa nümayiş olunacaq.


Teqlər:  





Xəbər lenti