İrəvanda kütləvi etiraz aksiyaları - VİDEO

İrəvanda kütləvi etiraz aksiyaları - VİDEO
  23 Mart 2014    Oxunub:1259
Bu gün Ermənistanın paytaxtı İrəvanda “təqaüdçü fəallar”ın kütləvi yürüşü keçirilib.

AzVision.az virtualaz.org - a istinadən xəbər verir ki, yürüş şəhərin mərkəzindəki Azadlıq meydanında başlayıb və elə orada da başa çatıb. Mitinq-yürüşdə vətəndaş cəmiyyəti fəalları, çoxsaylı vətəndaşlar, ölkədəki sosial vəziyyətə, yeni pensiya islahatlarına etiraz edən insanlar iştirak ediblər.

“Mən əleyhinəyəm!” adlı vətəndaş təşəbbüsü fəallarının təşkil etdiyi aksiyada 15 mindən çox adam iştirak edib. Polis nəzarəti altında keçirilən aksiyaya görə İrəvanın mərkəzində nəqliyyatın hərəkəti dayandırılıb. Yürüş iştirakçıları küçə boyunca şüarlarını qışqıraraq yenidən Azadlıq meydanına qayıdıblar. Aksiya müxalif ovqatlı reper David Akopyanın etiraz ruhlu ifası ilə başa çatıb.

Qeyd edək ki, bu il yanvarın 21-də Ermənistanda qüvvəyə minən yeni qanuna görə, 1974-cü ildən sonra doğulan hər bir vətəndaş maaşının 5 faizini özəl pensiya fonduna köçürməlidir. Ermənistanın Konstitusiya Məhkəməsi yanvarın 24-də verdiyi qərarla bu qanunun əleyhinə çıxıb və onun hüquqi qüvvəsini dayandırıb. Məhkəmənin bununla bağlı son qərarı martın 28-də elan ediləcək.




Teqlər:





Xəbər lenti