İran ABŞ-ın iri hərbi gəmisinin oxşarını tikir

İran ABŞ-ın iri hərbi gəmisinin oxşarını tikir
  23 Mart 2014    Oxunub:1154
İran ABŞ hərbi aviadaşıyıcısının oxşarını tikir.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu haqda RİA Novosti məlumat verib.

Amerika kəşfiyyatı gəminin tikintisindən peyk görüntülərini əldə etməyə müvəffəq olub. Rəsmi Vaşinqton İranın belə bir gəmi istehsal edə biləcəyinə və onun işləyəcəyinə inanmır.
Fotoçəkilişə əsasən, İran üçün nümunə ABŞ-ın CVN 68 tipli "Nimits" aviadaşıyıcısı olub. "Nimits" ABŞ Hərbi-Dəniz Qüvvələrinin əsasını təşkil edir və dünyada ən iri hərbi gəmilərdən biri hesab edilir.

Amerikalı hərbçilər gəminin oxşarının Hollivud filminin dekorasiyası deyil, əsl gəmi olduğunu hesab edirlər. Gəminin tikintisində məqsəd məlum deyil, lakin ABŞ-ın 5-ci donanmasının mətbuat katibi Ceyson Salatanın sözlərinə görə, İran təxribat məqsədilə gəmini partlatmağı və bunu dövlət televiziyasında nümayiş etdirməyi planlaşdırır.


Teqlər:





Xəbər lenti