Gül Haaqaya gedir

Gül Haaqaya gedir
  22 Mart 2014    Oxunub:1072
Türkiyə prezidenti Haaqada nüvə təhlükəsizliyi sammitində iştirak edəcək.

Türkiyə prezidenti Abdullah Gül Niderlanda səfər edəcək və nüvə təhlükəsizliyi sammitində iştirak edəcək. Sammit martın 24-dən 25-dək Niderlandın Haaqa şəhərində keçiriləcək. Nüvə təhlükəsizliyi üzrə sammit zamanı nüvə terrorizmi hücumları ilə mübarizə, dünya nüvə ehtiyatlarının azaldılması və əməkdaşlıq üzrə səylər müzakirə olunacaq. Bu barədə AzVision.az TRT telekanalının saytına istinadən məlumat verir.

Prezident Gül sammitdə öz nitqində nüvə təhlükəsizliyi siyasəti məsələsində Türkiyənin mövqeyi barədə danışacaq. Sammit çərçivəsində Gül ikitərəfli danışıqlar aparacaq.


Teqlər:





Xəbər lenti