Kılıçdaroğluna mitinq zamanı ayaqqabı tulladılar - VİDEO
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, CHP lideri Qaziantep şəhərində mitinqdə çıxış edərkən kütlənin arasından bir nəfər ayaqqabılarını çıxardaraq Kamal Kılıçdaroğluna tərəf tullayıb. Ayaqqabı Kılıçdaroğlunun qarın nahiyəsindən dəyib. Lakin ayaqqabını atan 30 yaşlı Mehmet adlı şəxsin hirsi bununla soyumayıb və ikinci ayaqqabısını da tullayıb. Bu dəfə ayaqqabı CXP liderinə dəyməyb, qarşısına düşüb. Kılıçdaroğlunun mühafizəçiləri dərhal vəziyyətə müdaxilə edərək ayaqqabı atan şəxsi saxlayıblar.