Hələbin yaşayış məhəllələri atəşə tutulub

Hələbin yaşayış məhəllələri atəşə tutulub
  22 Mart 2014    Oxunub:983
AzVision.az xəbər verir ki, Suriyada silahlı müxalifətin yaraqlıları minaatanlardan Hələbin qərbindəki yaşayış məhəllələri atəşə tutublar.

Mərmilər El-Əziziya, Teləl və Nil küçələrində partlayıblar, nəticədə səkkiz nəfər həlak olub, 30-dan çox yaralanıb.

Şəhərin qərb rayonları 20-dən artıq quldur birləşmələrinə qarşı duran Suriya ordusunun himayəsi altındadır. Hökumət qoşunları, yaraqlıları təslim olmağa məcbur etməyə çalışaraq, şimal və cənub-şərq istiqamətlərində hücum edirlər.

Küçə döyüşləri köhnə şəhərdə və 16 digər məhəllələrdə gedir. Mərkəzi həbsxana rayonu, sənaye zonası, Candül, El-Mənsur və Çaidin meydanları ən təhlükəli yerlərə çevriliblər./Trend/


Teqlər:  





Xəbər lenti