Almaniya və Fransa Türkiyəni sərt tənqid etdi

Almaniya və Fransa Türkiyəni sərt tənqid etdi
  22 Mart 2014    Oxunub:1033
Angela Merkel: "Türkiyə hökumətinin “Twitter”ə girişin qadağan edilməsi ilə bağlı verdiyi qərar demokratiyadan uzaqdır"
Almaniya kansleri Angela Merkel Türkiyə hökumətini “Twitter” sosial şəbəkəsinə girişin qadağan edilməsi ilə bağlı sərt tənqid edib.

"Türkiyə hökumətinin “Twitter”ə girişin qadağan edilməsi ilə bağlı verdiyi qərar demokratiyadan uzaqdır".

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib. Onun sözlərinə görə, demokratik cəmiyyətlərdə insanları bir-birləri ilə necə ünsiyyət qurması barədə qərarları dövlət vermir.

Almaniya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Avropa Birliyi Türkiyədə mətbuat, söz və ifadə azadlığının qarşısının alınması barədə dəfələrlə rəsmi Ankaraya iradını bildirib.

Fransa hökuməti isə Türkiyənin bu qərarını “şok” adlandırıb. “Türkiyə hökuməti şok qərar verdi. Bu qərar insanların söz azadlığını əlindən alır. Türkiyə Avropa Birliyinə namizəd kimi yaddan çıxartmamalıdır ki, cəmiyyətin söz azadlığını əlindən almaq birliyin tələblərinə ziddir”, - deyə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, Türkiyədə “Twitter” sosial şəbəkəsi bağlanıb. Bu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bursa şəhərində keçirdiyi mitinqdəki “Twitter”lə bağlı çıxışından bir neçə saat sonra, saat 23.34-də ölkədəki bəzi serverlərdən sosial şəbəkəyə girmək mümkün olmayıb.


Teqlər:  





Xəbər lenti