Bağçada kütləvi zəhərlənmə: 2 uşaq öldü

Bağçada kütləvi zəhərlənmə: 2 uşaq öldü
  21 Mart 2014    Oxunub:1297
Çində baş verən hadisə nəticəsində 30 uşaq da xəstəxanaya yerləşdirilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki,Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində uşaq bağçasında kütləvi zəhərlənmə baş verib. Zəhərlənmə nəticəsində 2 uşaq ölüb, 30 uşaq da xəstəxanaya yerləşdirilib.

Çin televiziyasının məlumatına görə, hadisə yerli bağçalardan birində qeydə alınıb. Bağçaya gələn müstəntiqlərin ilkin ehtimalına görə, uşaqlar siçan zəhərindən zəhərləniblər.

Lakin onun uşaqların yeməyinə necə düşdüyü araşdırmadan sonra məlum olacaq.


Teqlər:





Xəbər lenti