Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb
  26 Avqust 2021    Oxunub:1574
Bu gün UEFA Çempionlar Liqasında 2021-2022-ci il mövsümünün qrup mərhələsinin püşkü atılıb.
Azvision.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan tədbirdə həmçinin “ilin ən yaxşıları” seçilib.

Püşkatmaya əsasən aşağıdakı komandalar eyni qrupda mübarizə aparacaq:

A qrupu: "Mançester Siti" (İngiltərə), “Paris Sen-Jermen” (Fransa), "Leyptsiq" (Almaniya), "Brügge" (Belçika)

B qrupu : "Atletiko" (Madrid, İspaniya), "Liverpul" (İngiltərə), "Portu" (Portuqaliya), "Milan" (İtaliya)

C qrupu: "Sportinq" (Portuqaliya), "Borussiya" (Dortmund, Almaniya), "Ayaks" (Niderland), "Beşiktaş" (Türkiyə)

D qrupu: "İnter" (İtaliya), "Real Madrid" (İspaniya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Şerif" (Moldova)

E qrupu: "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "Benfika" (Portuqaliya), "Dinamo" (Kiyev, Ukrayna)

F qrupu: "Vilyarreal" (İspaniya), "Mançester Yunayted" (İspaniya), "Atalanta" (İtaliya), "Yanq Boyz" (İsveçrə)

G qrupu: "Lill" (Fransa), "Sevilya" (İspaniya), "Zaltsburq" (Avstriya), "Volfsburq" (Almaniya)

H qrupu: "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya), "Zenit" (Rusiya), "Malmö" (İsveç)

Qeyd edək ki, UEFA Çempionlar Liqasında ilk turun oyunları sentyabrın 14-15-də keçiriləcək.

Azvision.az



Teqlər: ÇempionlarLiqası  





Xəbər lenti