"Sevincimizin həddi-hüdudu yoxdur" - İlqar Rəhimov
O, idmançının çox gözəl çıxış etdiyini bildirib: "Azərbaycanı layiqincə təmsil etdi. Komandamızın ilk üzvü ölkəmizə medal qazandırdığı üçün sevincimizin həddi-hüdudu yoxdur. Ümid edirik ki, medalların həm əyar, həm də say üzrə davamı gələcək. Hamını təbrik edirəm. Bundan sonra bizdən yeni qələbələr gözləyin və var gücünüzlə dəstəkləyin".
Qeyd edək ki, Pərvin Məmmədov 156 kq ağırlığın öhdəsindən gələrək, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Azvision.az