Bu gün Tokio paralimpiadasının açılış mərasimi keçiriləcək

   Bu gün Tokio paralimpiadasının açılış mərasimi keçiriləcək
  24 Avqust 2021    Oxunub:1595
Bu gün Yaponiyanın paytaxtı Tokioda Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Azvision.az -ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Koronavirus pandemiyası səbəbindən ötən il təxirə salınmış Oyunlar sayca XVI olacaq.

Tokio paralimpiadası mövcud vəziyyətlə əlaqədar ilk dəfə azarkeşsiz keçiriləcək.

Yarışda 22 idman növü üzrə ümumilikdə 4 bin 400 idmançı mübarizə aparacaq. Paralimpiada bu gün keçiriləcək qolbol, üzgüçülük, stolüstü tennis, qılıncoynatma, basketbol, velosiped və reqbi yarışları start götürəcək.

Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazansalar da, paracüdoçu Ramil Qasımov koronavirusa yoluxduğu üçün yarışdan kənarlaşdırılıb. Bu səbəbdən komandanın bayraqdarı da dəyişdirilib. Qasımovla yaxın təmasda olduğu üçün karantinə alınan digər paracüdoçu İlham Zəkiyevi para-atlet Oloxan Musayev əvəzləyib. Beləliklə, ölkəni Oyunlarda 35 idmançı təmsil edəcək. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 10-u paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

1. Pərvin Məmmədov (Pauerliftinq - 49 kq)

2. Elşən Hüseynov (Pauerliftinq - 107 kq)

3. Şamo Aslanov (Pauerliftinq - +107 kq)

4. Nurlan Babacanov (Pauerliftinq - 97 kq)

5. Roman Saley (Üzgüçülük - 100 metr məsafəyə arxası üstə üzmə, 50 metr məsafəyə sərbəst üsulla üzmə, 100 metr məsafəyə sərbəst üsulla üzmə, 100 metr məsafəyə baterflay üsulu ilə üzmə)

6. Vəli İsrafilov (Üzgüçülük - 100 metr məsafəyə baterflay üsulu ilə üzmə, 100 metr məsafəyə brass üsulu ilə üzmə)

7. Dana Şandıbina (Üzgüçülük - 100 metr məsafəyə brass üsulu ilə üzmə)

8. Şəhanə Hacıyeva (Cüdo - 48 kq)

9. Bəsti Səfərova (Cüdo - 52 kq)

10. Vüqar Şirinli (Cüdo - 60 kq)

11. Namiq Abbaslı (Cüdo - 66 kq)

12. Sevda Vəliyeva (Cüdo - 57 kq)

13. Xanım Hüseynova (Cüdo - 63 kq)

14. Hüseyn Rəhimli (Cüdo - 81 kq)

15. Dürsədəf Kərimova (Cüdo - +70 kq)

16. Kənan Abdullaxanlı (Cüdo - 100 kq)

17. İlham Zəkiyev (Cüdo - +100 kq)

18. Oloxan Musayev - (Atletika - nüvə itələmə, disk atma)

19. Elvin Astanov - (Atletika - nüvə itələmə)

20. Həmid Heydəri (Atletika - nizə atma)

21. Orxan Qasımov (Atletika - nizə atma)

22. Samir Nəbiyev - (Atletika - nüvə itələmə)

23. Elmir Cəbrayılov - (Atletika - 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış)

24. Səid Nəcəfzadə (Atletika - uzunluğa tullanma)

25. Kamil Əliyev (Atletika - uzunluğa tullanma)

26. Yelena Çebanu (Atletika - 100 metr məsafəyə qaçış)

27. Yuliya Yanovskaya (Atletika - 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış)

28. Lamiyə Vəliyeva (Atletika - 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış)

29. Orxan Aslanov - (Atletika - uzunluğa tullanma)

30. Yelena Taranova (Güllə atıcılığı - 10 metr məsafəyə atma, 25 metr məsafəyə atma, 50 metr məsafəyə atma)

31. Kamran Zeynalov (Güllə atıcılığı - 10 metr məsafəyə atma, 50 metr məsafəyə atma)

32. Röyalə Fətəliyeva (Taekvondo - 49 kq)

33. İmaməddin Xəlilov (Taekvondo - 61 kq)

34. Əbülfəz Abuzərli (Taekvondo - 75 kq)

35. Aynur Məmmədova (Taekvondo - +58 kq)

Yarışda Azərbaycan təmsilçiləri arasında ən tez (26 avqust) pauerliftinqçi Pərvin Məmmədov (49 kq) mübarizəyə başlayacaq. Para-üzgüçü Roman Saley dörd növdə, güllə atıcısı Yelena Taranova isə üç növdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.

Azvision.az



Teqlər: Tokio  





Xəbər lenti