Fariz Məmmədov nokautla qalib gəldi- VİDEO

Fariz Məmmədov nokautla qalib gəldi- VİDEO
  18 Mart 2014    Oxunub:1264
Almaniyanın Şenberq şəhərində baş tutan reytinq xarakterli döyüşdə idmançımızın rəqibi mərakeşli Samir Boukrara olub.
Azərbaycanı peşəkar boksda təmsil edən Fariz Məmmədov növbəti döyüşünü keçirib. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Almaniyanın Şenberq şəhərində baş tutan reytinq xarakterli döyüşdə idmançımızın rəqibi mərakeşli Samir Boukrara olub.

F.Məmmədov döyüşün ikinci raundunun ilk dəqiqəsində rəqibini texniki nokautla məğlub edib.

Xatırladaq ki, yeddi illik fasilədən sonra 2012-ci ildə yenidən peşəkar rinqə qayıdan F.Məmmədov son iki ildə keçiridiyi beş döyüşün dördünü qələbə ilə başa vurub. Onun növbəti döyüşü isə revanş xarakterli olacaq. O, ötən ilin sonunda Qəbələdə üz-üzə gəldiyi almaniyalı Matias Pelklə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın may və ya iyun ayında keçirilməsi planlaşdırılır.


Teqlər:  





Xəbər lenti