Mahirin komandası Çempionlar Liqasında mübarizəni dayandırdı

Mahirin komandası Çempionlar Liqasında mübarizəni dayandırdı
  11 Avqust 2021    Oxunub:1064
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Azvision.az xəbər verir ki, cavab oyunlarının hamısı dünən keçirilib. Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşada Zaqreb "Dinamo"suna uduzub. İlk oyunda səfərdə 1:1 hesablı heç-heçə edən Varşava təmsilçisi ümumi nəticəyə əsasən 1:2 hesabı ilə uduzub. Beləliklə, "Legiya" Çempionlar Liqasında mübarizəsini dayandırıb.

Qeyd edək ki, Mahir Əmrəli bu görüşə start heyətdə çıxıb və 56-cı dəqiqədə Tomas Pekhartla əvəzlənib.

Azvision.az



Teqlər: Legia   Çempionlar-Liqası  





Xəbər lenti