Belaruslu atlet medalını satır
Elanda yazıldığına görə, medalın satışından əldə olunan bütün vəsait Belorusiya İdman Həmrəyliyi fonduna köçürüləcək. Fondun təmsilçiləri rəsmi Telegram kanallarında yüngül atletin bu yolla “Aleksandr Lukaşenko rejimindən ziyan çəkən Belorus idmançılarına dəstək vermək istədiyini” bildiriblər.
“O start mənim üçün çox vacib idi, çünki doğma divarlar arasında keçirilirdi. Məni xeyli insan dəstəkləyirdi, o cümlədən, doğmalarım və yaxınlarım. Mən finişdən sonra necə ağladığımı da xatırlayıram, çünki qaçış zamanı bu cür həyəcanı ilk dəfə hiss edirdim”, – Timanovskaya deyib.
Avqustun 1-də Belarus Milli Olimpiya komitəsi Tokio Olimpiadasında iştirak etməyə hazırlaşan yüngül atlet Timanovskayanı milli yığmanın tərkibindən çıxarıb. Səbəb olaraq, onun emosional-psixi durumu göstərilir. Müxalif yönümlü Belorusiya İdman Həmrəyliyi fondu idmançını Tokiodan zorla çıxarmağa cəhd göstərildiyini bəyan edib. Bundan bir neçə gün qabaq Timanovskaya Belarusun idman məmurlarını tənqid edibmiş.
Nadir Quliyev
Azvision.az
Teqlər: Timanovskaya Belarus