Tokio-2020 başa çatdı - ABŞ 1-ci, Azərbaycan 67-ci oldu
Bununla da iyulun 21-də start götürən, rəsmi açılışı iki gün sonraya təsadüf edən Olimpiadaya yekun vurulub. Yaponiya paytaxtında ümumilikdə 339 dəst medal sahibini tapıb. Yarışların birində iki qızıl medal təqdim edildiyindən 340 çempionluq və 338 vitse-çempionluq qeydə alınıb. Bürünc medalların sayı isə 402 olub.
Medal sıralamasının qalibi də son gündə müəyyənləşib. Yarış boyu zirvəni asiyalılara uduzan ABŞ bugünkü medalları ilə liderliyə yüksəlib. Tarixində ikinci dəfə qalıb olmaq şansı əldə edən Çin isə yekunda ikinciliklə kifayətlənib. Meydan sahibi Yaponiya “üçlüy”ü qapayıb.
Azərbaycan olimpiyaçıları “Gündoğar ölkə”də üç gümüş və dörd bürünc qazanıb. Yığmamız bu göstərici ilə yarışın 67-ci yeri tutub.
Millimizdə karateçilər Rafael Ağayevlə İrina Zaretska və sərbəst güləşçi Hacı Əliyev finalda uduzaraq gümüş mükafat əldə edib. Cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominqes, yunan-Roma güləşində Rafiq Hüseynov, qadın güləşində Mariya Stadnik üçüncülüklə kifayətlənib.
Qeyd edək ki, ümumilikdə 93 ölkə medal, 65 yığma çempionluq qazanıb.
Azvision.az
Teqlər: ABŞ Azərbaycan