"Bəlkə də bu, sonuncu Olimpiadamdır" - Hacı Əliyev
Olimpiya mükafatçısı bildirib: “Rəqib səbəbsiz yerə görüşü saxlamağa çalışırdı. Guya zədələnib. Tez-tez görüşü saxlayır və güləş qaydalarına zidd hərəkətlər edir, başla vurur, cırmaq atırdı. Qızıl medal üçün ciddi hazırlaşmışdım, çox əziyyət çəkmişdim. Demək ki, qismətimizdə bu, var imiş”.
Hakimlərin düzgün qərarlar verdiyini bildirən H.Əliyev deyib: “Mən istəmərəm ki, ədalətsiz danışım. Rəqib axıra yaxın qaçırdı və bir xal fərqi ilə məğlub oldum. Əlimdən gələni etdim. Neçə illərdir ki, mənə güləşdə verilən tapşırığı layiqincə yerinə yetirdim. Bəlkə də bu, mənim üçün sonuncu Olimpiadadır. Təəssüflənmirəm, çünki medal qazana bilməyən idmançılarımız da oldu”.
Azvision.az
Teqlər: Tokio-2020 HacıƏliyev Güləş