"Bir çox idmançı mənim yerimdə olmaq istəyərdi" - Mariya Stadnik

 "Bir çox idmançı mənim yerimdə olmaq istəyərdi" -    Mariya Stadnik
  07 Avqust 2021    Oxunub:1559
“Medal qazandığım üçün çox xoşbəxtəm. Dünən axşam narahat idim. Çünki qızıl medal qazana bilmədim. İndi başa düşürəm ki, olimpiya medalı nə deməkdir. Bir çox idmançı mənim yerimdə olmaq istəyərdi"
Azvision.az -ın məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan yığmasının qadın güləşçisi Mariya Stadnik deyib.

50 kiloqram çəki dərəcəsində Monqolustan təmsilçisi Namuuntsetseq Oçir üzərində qələbə qazanan güləşçimiz hisslərini bölüşüb: “Bu medalı qazandığım və belə idman karyerasına sahib olduğum üçün Allahıma şükür edirəm. Çox xoşbəxtəm ki, bu gün 3-cü yeri tutdum. Çox emosiyalıyam, nə deyəcəyimi bilmirəm”.

Qeyd edək ki, Azərbaycan yığması Olimpiadanı 3 gümüş, 4 bürünc medalla başa vurub.
 




Azvision.az



Teqlər: Güləş   Tokio-2020  





Xəbər lenti