"Azərbaycan məndən qızıl medal gözləyirdi" - İrina Zaretska

  "Azərbaycan məndən qızıl medal gözləyirdi" -    İrina Zaretska
  07 Avqust 2021    Oxunub:1936
“İlk olaraq cənab Prezidentdən üzr istəyirəm. Bilirdim ki, qızıl ala biləcək sonuncu idmançı idim və buna çox az qalmışdı. Sözün əsl mənasında mənə 1 saniyə yetmədi. İndi anlayıram ki, bu necə vacib idi".
Azvision.az xəbər verir ki, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan yığmasının karateçisi İrina Zaretska deyib.

61 kq çəki dərəcəsində finalda misirli Feryal Abdelazizə 0:2 hesabı ilə uduzan idmançımız görüşdən sonra açıqlamanı göz yaşları içində verib. O, çempion ola bilmədiyi üçün təəssüf hissi keçirdiyini qeyd edib:

“Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bilirəm ki, bütün Azərbaycan məndən qızıl medal gözləyirdi. Hamı mənə yazırdı, işarələyirdi. Dəstəyiniz üçün çox sağ olun və bağışlayın”.

Qeyd edək ki, Azərbaycan yığması Tokio-2020-ni 3 gümüş, 4 bürünc medalla başa vurub.




Azvision.az


Teqlər: Karate  





Xəbər lenti