Stadnik Olimpiadanı medalla başa vurdu

   Stadnik Olimpiadanı medalla başa vurdu
  07 Avqust 2021    Oxunub:1263
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
Azvision.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə Monqolustan təmsilçisi Namuntsetseq Tsoqt Oçirə 10:0 hesabı ilə qalib gəlib.

Rəqibinə qalib gələn Stadnik ikinci dəfə olimpiadalarda bürünc medal qazanıb.

Azvision.az


Teqlər: Tokio-2020   Stadnik   Güləş   Medal  





Xəbər lenti