ABŞ-da Nuhun gəmisi yaradılır

ABŞ-da Nuhun gəmisi yaradılır
  17 Mart 2014    Oxunub:1773
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında əfsanəvi Nuhun Gəmisinin eynisi hazırlanacaq. Bundan başqa bu mövzuda parkın da salınacağı gözlənilir.

Amerika mətbuatının bildirdiyinə görə, bu ilin may ayında Nuhun gəmisinin tam ölçülü kopyası tikiləcək. Bu işləri Kentukki ştatında yerləşən “Dünyanın Yaradılış Muzeyi” həyata keçirəcək.
Dünyanın Allah tərəfindən yarandığına inan Xristianlığın kreosionçu icmasının rəhbəri bildirib ki, layihənin reallaşması 25 milyon dollara başa gələcək. Hazırda vəsaitin 14 milyonu toplanıb.

Əvvəllər güman olunurdu ki, tikinti işləri yalnız ianələr hesabına toplanacaq. Lakin vəsait yetərli olmadığına görə, icma Uillyamstaun şəhər rəhbərliyinə müraciət etməli olub.
Nuhun gəmisinin analoqu originalda olduğu kimi 150 metr uzunluğunda olacaq. Gəminin ətrafında tematik park salınacaq.

Park üçün ümumilikdə, 120 milyon dollar vəsait xərclənib.
Tikinti işləri 2016-cı ildə yekunlaşacaq.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti