Güləşçilərimiz Avropada 4 medal qazandı |
Rəqibinə vaxtından əvvəl 10:0 hesabı ilə qalib gələn Stadnik yarımfinala vəsiqə qazanıb. O, daha əvvəl rusiyalı Stalvira Orşuşu məğlubiyyətə uğradıb.
***07:15***
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Olimpiadasına qələbə ilə başlayıb.
Azvision.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız startda rusiyalı güləşçi Stalvira Orşuşla qarşılaşıb. Rəqibinə 11:7 hesabı ilə qalib gələn M.Stadnik dörddəbir final mərhələsinə yüksəlib. Onun növbəti rəqibi Tunis təmsilçisi Sarra Hamdi olacaq.
Xatırladaq ki, ölkəmizin aktivinə Tokio Olimpiadasında üç bürünc medalı qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.
Azvision.az