Ramil Quliyev Tokio-2020-də yarımfinala yüksəlib

Ramil Quliyev Tokio-2020-də yarımfinala yüksəlib
  03 Avqust 2021    Oxunub:1229
Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020-də mübarizəyə başlayıb.
Azvision.az xəbər verir ki, 31 yaşlı idmançı 200 metr məsafəyə qaçışda təsnifat mərhələsində finişə 20.54 saniyə ilə ikinci çatıb və yarımfinala yüksəlib. Yarımfinal mərhələsi Bakı vaxtı ilə saat 15:50-də start götürəcək.

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Londonda dünya, 2018-ci ildə Berlində Avropa çempionu olub.

Azvision.az



Teqlər: Tokio-2020  





Xəbər lenti