"Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb

   "Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb
  28 İyul 2021    Oxunub:904
Azərbaycan çempionu “Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.
Azvision.az -ın məlumatına görə, Bakı klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

Samir Abasovun yetirmələri Yunanıstan “Olimpiakos”unu qəbul edib. Paytaxt təmsilçisi “Bakcell Arena”dakı matçı səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq arzusu ilə başlayıb.

Lakin “Neftçi” ev oyununda da uduzaraq qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb. Belə ki, 15-ci dəqiqədə isə Mamadu Mbocun kobud səhvindən sonra qonaqlar hesabı açıblar. Pirey təmsilçisinin heyətində Giorqos Masuras fərqlənib.

Qeyd edək ki, bu qarşılaşmalardan sonra “Olimpiakos” Çempionlar Liqasının, “Neftçi” Avropa Liqasının III təsnifat mərhələsinə yollanıb.

Azvision.az


Teqlər:





Xəbər lenti